ATTESTATLARIN TƏQDİMATI

20.06.225-ci il tarixində Azərbaycanın Milli Qəhrəman İlqar Mirzəyev adına 98 nömrəli məktəbdə sevincli və unudulmaz bir gün yaşanıb. Məktəbin 11-ci sinfini müvəffəqiyyətlə başa vuran məzunlara rəsmi olaraq attestatlar təqdim olunub. Tədbir zamanı məktəb rəhbərliyi Yeganə Məhərrəmova şagirdləri təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Qeyd edək ki, bu ilki məzunlar arasında Ayla Səfərova 11A sinfindən, Ziba Hüseynova və ƏliLİ Fidan 11B sinfindən yüksək nəticə göstərərək qırmızı attestata layiq görülüblər. Bu, həm şagirdlərin əzmkarlığının, həm də müəllim kollektivinin əməyinin nəticəsidir.
Şagirdlərimizə uğurlar arzu edirik!