QƏHRƏMANLAR UNUDULMUR!

Azərbaycan Respublikasının Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 08.05.2025-ci il tarixində məktəbimizin adını daşıdığı qürur və fəxr hissi ilə yad etdiyimiz Milli Qəhrəman İlqar Mirzəyevin doğum günü münasibətilə təşkilat saatı keçirilmişdir. İlk öncə himnimiz səslənmiş , davamında Milli Qəhrəmanımızı, eyni zamanda bütün şəhidlərimizi anmaq üçün bir dəqiqəlik sükut elan olunmuşdur. Daha sonra şagirdlərə bu günün bizim üçün olan dəyəri mövzusunda məlumat vermişdir. Videoçarx izlənilmiş, məktəblilər öyrəndiyi şeirləri söyləmiş, öz fikirlərini ifadə etmişlər.