QƏHRƏMANLAR UNUDULMUR - ŞƏHİD İLQAR MİRZƏYEV ANILDI

 

    Xətai rayonunda Milli Qəhrəman Mirzəyev İlqar Anzor oğlunun doğum günündə məzarı ziyarət olunub. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhidin ailə üzvləri, yaxınları iştirak ediblər. Tədbir iştirakçıları şəhidin ruhuna dualar edib. Daha sonra qəhrəmanın adını daşıyan 98 saylı tam orta məktəbdə anım tədbiri keçirilib.

    Bu gün İlqar Mirzəyev kimi vətənpərvər oğullarımızın qəhrəmanlığı sayəsində torpaqlarımız tarixi sahibinə qovuşub, xalqımız yenilməz, məğrur xalq olduğunu bir daha dünyaya bəyan edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi