ÜMUMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜ

Ulu Öndər Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəli aparmışdır.
Ümummilli Lider Heydər Əliyev 10 may 1923-cü ildə doğulmuşdur. Onun doğum günü ölkəmizdə silsilə tədbirlər şəklində qeyd olunur.
Buna görə də Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında kitabxana müdiri Ülkər Əhmədovanın, rus dili müəllimi Leyla Quliyevanın və 6B sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Sonra Ülkər Əhmədova Ulu Öndərimiz haqqında geniş məlumat verdi, videoçarx nümayiş etdirdi. Daha sonra şagirdlər şeir nümunələri səsləndirdilər. Sonda isə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş musiqi nümunəsini ifa etdilər.