HEYDƏR ƏLİYEV - ULU ÖNDƏRİMİZ

    Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir. O, 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Uzun illər boyu ölkəmizin inkişafı, güclənməsi və müstəqilliyinin qorunması üçün böyük xidmətlər göstərmişdir.

    Heydər Əliyev Azərbaycanın elmə, təhsilə və gənclərə xüsusi diqqət yetirmişdir. O, "Uşaqlar bizim gələcəyimizdir" deməklə, gənc nəslin inkişafına verdiyi önəmi göstərmişdir.

    Onun rəhbərliyi ilə Azərbaycan dövlətçiliyi möhkəmləndi, ordu quruculuğu inkişaf etdi və xalqın rifahı yaxşılaşdı. 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni çətin vəziyyətdən çıxardı.

    Heydər Əliyev 12 dekabr 2003-cü ildə vəfat etsə də, onun xatirəsi xalqımızın qəlbində əbədi yaşayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi