Bullinqlə mübarizə
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15752641685de49fa85bb203.49859933.jpg)
Məktəbdə sağlam sosial emosional mühitin formalaşdırılması məqsədilə noyabrın 30-da məktəb rəhbərliyi altında V-IX sinif şagirdləri ilə “Bullinqlə mübarizə” mövzusunda seminar keçirilib. Əsas məqsəd şagirdlərə bullinq davranışı haqqında məlumat vermək və bullinqlə mübarizə aparmağın yollarını izah etməkdən ibarət olub. Əvvəlcə psixoloq bullinq nədir, Bulinq davranışı ilə bağlı şagirdləri məlumatlandırdı. Daha sonra bullinqlə bağlı film nümayiş edildi. Sonda şagirdlərə bullinqlə bağlı tövsiyələr verildi və bullinqin komponentləri izah edildi.