Peşəyönümü tərbiyənin təşkili
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15749202495ddf6039532a04.53824387.jpg)
27 noyabr 2019-cu il tarixdə məktəbdə Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə peşə seçimi ilə bağlı maarifləndirmə tədbiri keçirilib.
Tədbiri məktəbin direktoru Əminə Hüseynova açaraq peşə təhsilinin əhəmiyyətindən və önəmindən danışıb: “İndiki dövrdə bəzi peşələr insanlara ali ixtisaslardan daha çox gəlir qazandırır və əsaslı rol oynayır. Ölkəmizdə peşə təhsili ilə bağlı müvafiq dövlət proqramları icra olunur.
Əməkdaşlar peşənin şəxsə uyğun necə secilməsi haqqında danışıb. İntelektual səviyyənin mütləq şəkildə yüksək olmasını şagirdlərin nəzərinə çatdırıb. Eyni zamanda sosial şəbəkələrin peşə sahəsində necə rol oynadığı haqda məlumat verib. Həmçinin bir neçə peşə növləri haqda da fikirlərini bildirib.
Əməkdaşlar peşənin düzgün seçilməsi, peşəyə sevgi göstərilməsinin vacibliyini söyləyib: "Hər hansi peşəni sevin, bir peşə ilə kifayətlənməyin, bir çox peşələrə yiələnsəniz, çox gözəl olardı".
Sonra şagirdləri maraqlandıran suallara cavab verilib