ŞƏHİD İLQAR ƏLİYEVİN ANIM GÜNÜ
Bu gün məktəbimizdə şəhid İlqar Əliyevin anım günü keçirildi.Anım günündə şagirdlərə şəhidin həyatı və keçirdiyi şərəfli döyüş yolları haqqında məlumat verildi.Onun döyüş yolu 1989-1992 ci illərdə Qarabağ bölgəsi və Goranboy rayonu ərazisində gedən döyüşlərdən keçmişdir. 06.06.1992-ci il Goranboy rayonunun Buzlaq kəndinin müdafiəsi zamanı həlak olmuşdur. 2 aprel 1993-cü il tarixli 168 nömrəli “Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarına əsasən Bakıxanov qəsəbəsi 96№li tam orta məktəbə İlqar Əliyev adı verilmişdir.Hər il olduğu kimi bu il də məktəbimizin şagird və müəllim kollektivi şəhidimizin xatirəsini yad etdi.Sonda 4-cü sinif şağirdləri and içərək uşaq birliyinə daxil oldular.