Bayraq Günü
9 Noyabr- Bayraq günü münasibətilə məktəbimizdə müxtəlif tədbirlər keçirildi. Bayraq günü münasibətilə şagirdlər bayrağa aid müxtəlif şeir nümunələri ilə çıxış etdilər. Tədbir məktəbin akt zalında davam etdi. Tədbir Azərbaycan Dövlət Himninin səslənilməsi ilə başlanıldı. Məktəbimizin Azərbaycan-dili və ədəbiyyat müəllimi Cavadova Məsumə 7-ci sinif şagirdlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya hazırlamışdılar. Şagirdlər Bayraq gününə həsr olunmuş şeirlər və musiqi nömrələri ilə çıxış etdilər. Tədbir çox təntənəli şəkildə qeyd olundu.