İnsan Hüquqları Aylığı
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15596422855cf640ad331423.28026763.jpg)
4 iyun 2019-cu il tarixdə İnsan Hüquqları Aylığı çərçivəsində “İnsan hüquqları və hüquq bərabərliyi” mövzusunda tədbir keçirilib. Tədbirdə ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən hər il 18 iyun tarixinin ölkəmizdə Milli İnsan Hüquqları Günü kimi qeyd olunduğu bildirilib.
Bununla əlaqədar məktəbimiz tərəfindən də insan hüquqları sahəsində müxtəlif aktual mövzulara həsr olunmuş tədbirlərin təşkil edildiyi, əhalinin müxtəlif qrupları arasında hüquqi maarifləndirmə və təbliğat işlərinin aparıldığı diqqətə çatdırılıb.
Tədbirdə ölkəmizdə uşaq hüquqlarının təmin olunmasına mühüm əhəmiyyət verildiyi barədə danışılmış, digər hüquqlarla yanaşı uşaq hüquqlarının müdafiəsinə və təbliğinə yönəlmiş mühim tədbirlərin həyata keçirildiyi, bu sahədə genişmiqyaslı işlərin görüldüyü haqqında məlumat verilib.