Bahar nə xoş gəlir
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/145829945156ebe23b812253.76412068.jpg)
17.03.2016-cı il tarixində 96 nömrəli məktəbdə Novruz bayramının gəlişi münasibətilə geniş tədbir keçirildi. 8a sinif şagirdi Gülnar Süleymanova Azərbaycanda Novruz adətlərindən geniş söhbət açdı və bu bayramın hər bir şəxsin qəlbində oyatdığı xoş duyğulardan ürək dolusu danışdı. Məktəbin şagirdləri ürək açan mahnıları, rəqsləri, xalq oyunları və məzhəkələri ilə tədbir iştirakçılarına xoş anlar yaşatdılar. Şənliyin sonunda hamılıqla yallı gedən uşaqlar sanki novruzun gətirdiyi bahar ətirli rayihələri kökslərinə çəkdilər. Tədbirin təşkilində məktəb icmasının üzvləri, sinif rəhbərləri, fənn müəllimləri, 30 saylı uşaq - yaradıcılıq, 39 saylı texniki yaradıcılıq mərkəzinin məktəbdə fəaliyyət göstərən "Debat" dərnəyinin üzvləri iştirak etmişdir. Baharın gəlişi münasibətilə məktəbdə "Yurdumuza bahar gəlir" adlı rəcm sərgisi, VII - XI-ci sinif şagirdləri arasında "Novruz - milli adət və ənənələrimiz" mövzusunda inşa müsabiqəsi keçirilmiş, bütün siniflərdə divar qəzetləri hazırlanmışdır.