Valideynlərin məktəbdə bir Günü layihəsi
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15592496415cf042e95bdb19.01101285.jpg)
Mayın 30-da "Valideynlərin məktəbdə bir günü" layihəsi çərçivəsində "Açıq qapı" günü keçirildi. Məktəbin direktoru Əminə Hüseynova 2018-2019-cu tədris ili müddətində məktəbdə görülmüş işlər haqqında hesabat verdi. Ekranda görülmüş işlərin və keçirilmiş tədbirlərin şəkilli fraqmentləri nümayiş etdirildi. Sonra valideynlər müəllimlər ilə görüşüb öz övladlarının təhsili və tərbiyəsi ilə maraqlandılar. Qarşılıqlı fikir mübadiləsi, müzakirələr aparıldı.
"Açıq qapı" gününün keçirilməsi məktəb-şagird -valideyn üçbucağı münasibətlərini daha da sıxlaşdırır. Eyni zamanda valideynlər bütün fənlərdən təşkil olunmuş "Açıq dərs" lərdə iştirak etdilər. Məktəb ilə tanış oldular. Valideynlər məktəblə ətraflı tanış olduqdan sonra məktəbin akt zalında şagirdlərin təqdimatında şeir və musiqilər dinlədilər.