Sağlam həyat tərzinin təbliği
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15592470925cf038f40ba215.78316024.jpg)
30 may 2019-cu il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən maarifləndirici tədbir keçirildi. "Sağlam həyat tərzinin təbliği" mövzusunda maarifləndirici mühazirə ilə çıxış edən İSİM-in əməkdaşları şagirdlərə sağlam həyat tərzi, zərərli vərdişlər, sağlamlığa mənfi təsir edən amillər və onlardan çəkinmə yolları haqqında məlumat verdilər. Mövzu ilə bağlı təqdimatlar edən məruzəçi fiziki aktivliyin cavanların həyat tərzində, onların sağlamlıqlarının qorunmasında mühüm rol oynamasını da vurğuladı. Sağlamlığın qorunması üçün maarifləndirmə işinin vacib olduğunu bildirən natiq iştirakçıları maraqlandıran sualları cavablandırdı. Tədbirin mövzusu ilə İSİM tərəfindən hazırlanmış maarifləndirmə materialları paylandı.