Ədəbi məclislər
06-03-2015-ci il tarixində məktəbimizdə "Ədəbi məclislər" adlı ədəbi bədii kompozisiya keçirildi. Tədbirdə şagirdlər tərəfindən "Məclisi üns" ədəbi məclisi təşkil edilmişdi. Şagirdlər İ.Əfəndiyevin "Xurşudbanu Natəvan" dramından səhnə canlandırdılar. Xurşudbanu Natəvan rolunun ifaçısı 8a sinif şagirdi Firəngiz Vəliyevanın ifası maraqla qarşılandı. "Məclisi üns" tədbirinin ssenarisi Azərbaycan dili və ədəbiyyatı müəllimi Aygün Qəhrəmanova tərəfindən yazılmışdır. Tədbirdə "Yaddan çıxmaz Qarabağ" adlı slaydlar təqdim olundu. Slaydları riyaziyyat və informatika müəllimi Nəsibə Məmmədova hazırlamışdır. Tədbir direktor müavini Valeh Ağakişiyev tərəfindən həyata keçirilmişdir. Tarixi və vətənpərvərlik mövzuları müəllimlərimizin və şagirdlərimizin diqqət mərkəzindədir.