Xocalıya ədalət

Bakı şəhəri, İ.Əliyev adına 96 №-li tam orta məktəbdə fevralın 26-da "Xocalıya ədalət" adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə Xocalı qətliamı gününə qədər olan ərəfədə baş verən hadisələr dəqiq və konkret faktlarla səhnəcik vasitəsilə tamaşaçılara çatdırıldı.4b sinif şagirdləri Rüfət Muradov, Nəzrin Məmmədli, 5b sinif şagirdi Məryəm Əliyeva, 6c sinif şagirdi Şahbaz Nəbiyev, 7a sinif şagirdləri Səbinə Qurbanova, Yeganə Abbasova, 8a sinif şagirdləri İsa Salmanov, Mədinə Əhmədova, Ayşən Ağayeva,Pərvin Dadaşov, Gülnar Süleymanova, 9c sinif şagirdi Aytən Kərimova uğurla çıxış etdilər. Qətliam gecəsi və sonrakı hadisələr aparıcıların çıxışlarında obrazlı şəkildə bir daha öz əksini tapdı. Xarici mətbuatlarda dərc olunan Xocalı həqiqətləri şagirdlər tərəfindən əyani şəkildə tədbir iştirakçılarına çatdırıldı. Tədbirdə həmçının şeirlər də səsləndirildi. Məktəbin tarix müəllimi Xatirə Şükürova qətliamla bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşdü. Məktəbin direktoru Əminə Hüseynova sonda bu faciə ilə bağlı məktəbli-gənclərin qarşısında duran məsələlərdən geniş bəhs etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi