Şəhidlər ölməz Vətən bölünməz

1 aprel 2019-cu il tarixdə məktəbdə Azərbaycanlıların Soyqırımı Günü münasibətilə anım mərasimi və 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusunun qazandığı tarixi qələbənin ildönümü qeyd olundu. Tədbirdə soyqırım qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbiri tarix müəllimi Xatirə Şükürova açaraq qeyd edib ki, son iki əsrdə xalqımıza qarşı törədilmiş qanlı cinayətlərlə dolu hadisələr soydaşlarımızın xatirəsindən heç vaxt silinməyəcək.
Müəllim bildirib ki, tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş verən hadisələrə, törədilmiş faciələrə obyektiv qiymət vermək mümkün olmayıb.
Yalnız müstəqillik dövründə, 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib və erməni millətçilərinin cinayətkar əməllərinə hüquqi-siyasi qiymət verilib.
Gənclərin vəzifəsi xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdan ibarətdir.
Tədbirdə çıxış edən müəllim Şeyda Hüseynova aprel döyüşlərindəki qələbənin Azərbaycan xalqının mübarizliyinin, Milli Ordumuzun gücünün təntənəsi olduğunu qeyd etdi. Bütün ölkədə olduğu kimi,məktəbimizdə də şəhidlərin xatirəsinin əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində hər bir şəhidin şücaətinin bir nümunə olduğunu diqqətə çatdırdı. Sonda şagirdlər Aprel döyüşləri zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” adlı  sənədli filminə baxdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi