Novruz Bayramınız mübarək
Bu gün məktəbdə Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib.
Xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramı münasibətilə təşkil olunmuş “Yurdumuza bahar gəlir” adlı tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbirdə çıxış edənlər iştirakçıları təbiətin oyanışından xəbər verən, insan həyatına yenilik, süfrələrə xeyir - bərəkət bəxş edən Novruz bayramı münasibətilə təbrik edib.
Tədbirdə şagirdlər Novruza, baharın gəlişinə həsr olunmuş şeirlərdən parçalar söyləyib, maraqlı səhnəciklər nümayiş etdiriblər.