Heydər Əliyev irsinin öyrədilməsi

14 dekabr tarixində Bakı şəhəri Sabunçu rayonu üzrə Ulu öndər Heydər Əliyevin irsinin öyrədilməsi ilə əlaqədar “ Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi XX əsrdə xalqımızın ən böyük nailiyyətidir” mövzusunda tədbir keçirildi.  Tədbirdə məruzəçi-  məktəbimizin tarix müəllimi Xatirə Şükürova çıxışında “Ümumilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində ictimai- siyasi fəaliyyətindən danışdı.

Azərbaycanın çağdaş dövrünün yeni intibah mərhələsinin banisi olan Heydər Əliyev şəxsiyyəti tükənməz və öyrənildikcə öyrəniləsi bir dünyadır. Ulu öndər Azərbaycanın söykəndiyi dağdır.  O dağın isə zirvəsi çox ucadır.  Həmin uca zirvədən boylanan günəşin- Heydər Əliyev dühasının tükənməz nuru Azərbaycanın müstəqilliyinin əbədiliyinə , xalqımızın xoş sabahına daim işıq salacaq. Tədbirdə əbədiyaşar liderin zəngin həyatından, görkəmli fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi