Ulu öndərin anım günü

Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı məktəbimizdə silsilə tədbirlər keçirildi. Siniflərdə  divar qəzetləri,  guşələr, təşkilat saatları təşkil olundu.  Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Azərbaycan  xalqının “Ümummilli lideri” Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi.  Tədbir Dövlət himninin səslənməsi ilə başlandı.  Ulu öndərin xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edildi.  Məktəbin  tarix müəllimi Xatirə Şükürova çıxış edərək Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən danışdı. Şagirdlər Ulu öndərə həsr edilən şeirlər səsləndirdilər.  Dahi şəxsiyyətə həsr olunan videoçarxlar nümayiş olundu. Ümummilli lider Heydər Əliyevin guşəsinin önünə gül dəstələri qoyuldu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi