şəhid İlqar Əliyev
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15432240945bfbbb1ec83bb8.51545506.jpg)
Bu gün məktəbimizdə adını daşıdığı şəhid İlqar Əliyevin doğum günü ilə əlaqədar tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Məktəbin tarix müəllimi Xatirə Şükürova şagirdlərə şəhid haqqında məlumat verdi. Tədbirdə 4-cülərin Uşaq Birliyi Təşkilatına üzv olması ilə əlaqədar andiçmə mərasimi təşkil olundu.Tədbir şagirdlərin vətən, torpaq, şəhidlər haqqında söylədikləri şeirlərlə davam etdi. Sonda Milli Qəhrəmanlarımız haqqında hazırlanmış videoçarx nümayiş olundu.