9 noyabr-"Bayraq Günü"

Noyabrın 7-də məktəbimizdə 9 noyabr- Dövlət Bayrağı Günü və 12 noyabr- Konstitusiya Günü münasibətilə bayram tədbiri keçirilib.  Rəsmi və bədii hissədən ibarət olan tədbirdə məktəbin rəhbərliyi, müəllim və şagirdləri iştirak ediblər.  Tədbir  Dövlət Bayrağının  səhnəyə gətirilməsi və  Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən tarix müəllimi Xatirə Şükürova bildirib ki,  9 noyabr- Dövlət bayrağı Günü  xalqımızın həyatında əlamətdar və müqəddəs bir gündür.

Bayraq- tariximiz, keçmişimiz, bu günümüz, müqəddəs dövlət rəmzimizdir.  Azərbaycan  xalqı zaman- zaman öz azadlığı və müstəqilliyi uğrunda fədakar mübarizə aparıb.  Xalqımız, millətimiz canı, qanı hesabına öz müstəqil dövlətini qurub,  öz üçrəngli bayrağını ucaldıb.  Biz bu gün bu üçrəngli bayrağın ətrafında birləşmişik.

Tədbirdə Azərbaycan Konstitusiyasının tarixi, mahiyyəti, vətəndaşlara verdiyi hüquq və azadlıqlar barədə məlumat verildi.  Tədbirin bədii hissəsində şagirdlərin ifa etdikləri vətənpərvər şeir və mahnılar dinlənildi. Videoçarxlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi