Uşaq hüquqları aylığı
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15410523855bda97e1159c36.62059548.jpg)
Oktyabrın 28-də “Uşaq hüquqları aylığı” çərçivəsində məktəbimizin müəllimi Şekufə Qasımova və rəhbəri olduğu 5”A” sinif şagirdləri Quba və Qusar rayonlarının görməli yerləri ilə tanış olublar. Qubaya ekskursiya Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlığı ziyarətlə başlayıb. Ziyarət zamanı şagirdlər ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Sonra məktəblilər Qusar Tarix-Diyarşünaslıq Muzeyi və “Şahdağ” Turizm Mərkəzi ilə yaxından tanış olublar.