Fövqəladə hallarla bağlı tədbir

Bu gün məktəbimizdə fövqəladə hallarla bağlı maarifləndirici tədbir keçirildi. Tədbir Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəz tərəfindən təşkil olundu. Mərkəzin əməkdaşları fövqəladə hallarla bağlı davranış qaydaları, zəlzələ, torpaq sürüşməsi, məişətdə yanğın zamanı davranış qaydaları, “dəm qazı” təhlükəsi, odsöndürücü balondan istifadə qaydaları , çimərlikdə təhlükəsizlik qaydaları, civə dağılmaları, “112” qaynar xətt haqqında təqdimatlarla çıxış edib, şagirdlərə geniş məlumat verdilər. Tədbirdə fövqəladə hallarla bağlı videoçarxlar da nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi