Milli Müstəqillik Günü

Məktəbimizdə Azərbaycan Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbirlər keçirilib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr olunmuş məktəblilər arasında rəsm  və inşa müsabiqələri, divar qəzetləri,sinif təşkilat saatları , sinif guşələri və şagirdlərin rəsmlərindən ibarət sərgi təşkil olunub. Azərbaycan dili və ədəbiyyat müəllimi Məsumə Cavadovanın 6”A” sinif şagirdləri ilə hazırladıqları “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbirdə şagirdlərin söylədikləri şeirlər, ifa etdikləri mahnılar, Azərbaycanın 100 illik müstəqillik yolu haqqında çıxışları maraqla dinlənildi. Tədbirdə Azərbaycanın Dövlət Müstəqilliyinin tarixindən bəhs edən videoçarxlar da nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi