"İçərişəhər" Dövlət Tarix- Memarlıq Qoruğuna ekskursiya

Oktyabrın 18-də Təhsil Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən məktəbimizin bir qrup müəllim və şagirdlərinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaları təşkil olundu. Ekskursiyada şagirdlərə Qız Qalası haqqında ümumi məlumat verildi və onlar qalanın daxilində yaradılmış müasir muzey ekspozisiyası ilə tanış oldular. Daha sonra Sıratağlı Dini-Memarlıq Kompleksi, Buxara və Multanı Karvansaraları, habelə Qoşa Qala Qapıları və qala divarları ilə tanış olan şagirdlərə bu abidələrin ilkin təyinatı, memarlıq üslubu izah olundu. Şərq memarlığının əvəzsiz nümunələrindən biri olan Şirvanşahlar Sarayı Kompleksi də məktəblilərin xüsusi marağına səbəb oldu. Ekskursiyada, həmçinin maddi- mədəni irsimiz  və tarixi abidələrimizlə bağlı şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi