20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir.
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/145346052456a20c2c7a8ca5.52291394.jpg)
Qan yaddaşımız olan 20 Yanvar faciəsindən 26 il ötür. Bu münasibətlə I.Əliyev adına 96 nömrəli tam orta məktəbdə "20 Yanvar günü Azərbaycanın azadlığı və suverenliyi naminə mübarizənin rəmzidir" mövzusunda müxtəlif tədbirlər keçirilmişdir. Torpaq uğrunda, Vətən uğrunda şəhid olanların xatirəsini əks etdirən guşələr, rəsm sərgisi,divar qəzetləri, açıq dərslər təşkil olunmuşdur. "20Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir" mövzusunda VIII-XI sinif şagirdləri arasında inşa yazı müsabiqəsi keçirilmişdir."Şəhidlərin ruhu bizi səsləyir" adlı musiqili ədəbi kompozisiya nın keçirilməsi təşkil olunmuşdur. Şagirdlərin "Şəhidlər Xiyabanı"na ziyarəti təşkil edilmişdir. 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədər "Milli qəhrəmanlarımız and yerimizdir" mövzusunda tədbir keçirilmişdir.Tədbirdə şəhidlərə həsr olunmuş şeirlər söylənmiş,səhnəciklər göstərilmişdir. Faciənin 26-cı ildönümü ilə əlaqədar Sabunçu rayon İcra Hakimiyyəti və Sabunçu Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən inşa yazı müsabiqəsində 10b sinif şagirdi Vəlicanova Minayə 1-ci yeri tutmuş, Bakı şəhər Gənclər və İdman İdarəsinin diplomu ilə təltif olunmuşdur.