Azərbaycan xalqının qürur və şərəf günü - 20 yanvar

Azərbaycan xalqının qürur və şərəf ünvanına çevrilmiş 20 yanvar hadisələrindən 26 il ötür. Bu münasibətlə 96 nömrəli məktəbdə stendlər hazırlanmış, şagirdlərin əl işləri nümayiş olunmuşdur. Müəllimlər və şagirdlər "Şəhidlər xiyabanı"na gedərək şəhidlərin əziz xatirəsini yad etdilər. Məktəbdə müxtəlif anım tədbirləri keçirildi. Bunlardan biri də məktəbin ingilis dili müəllimi Gülayə Rzayevanın 8-ci sinif şagirdləri ilə birlikdə " Heç kim və heç nə yaddan çıxmır - 20 yanvar" adlı tədbir oldu. Tədbir ingilis dilində keçirildi. Gülayə müəllimə faciənin mahiyyəti barədə məlumat verdi. Şagirdlər o qanlı gecədə şəhid olmuş İlham və Fərizə Allahverdiyevlər, Ülvi Bünyadzadə, Rövşən Bədəlov, Bayram Əliyev, Bəxtiyar Hüseynov, Yusif Qasımov, İbiş Məmmədov, İsmayıl Mursaqulov, Fəxrəddin İsayev haqqında məlumat verdilər. Tədbirdə 20 yanvar hadisələrini əks etdirən videorolik nümayiş olundu. Sonda məktəbin direktoru Əminə Hüseynova çıxış edərək bildirdi ki, 20 yanvar faciəsi Azərbaycan xalqının gəhrəmanlıq salnaməsidir. Xalq müstəqilliyini qazandı və bütün dünyaya bəyan etdi ki, lazım olsa canından da keçər. Xalqın birliyi qələbə çaldı. Biz dövlətçiliyimizi qorumalı və prezidentimizin ətrafında sıx birləşməliyik. Birləşib doğma Qarabağımızı işğaldan azad etməliyik. Məktəbin direktoru müəllimlərə və şagirdlərə təşəkkür etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi