Son Zəng

Bu gün məktəbimizdə “Son Zəng” tədbiri keçirildi. Tədbirin keçirilməsi üçün məktəb kollektivi tərəfindən yüksək səviyyədə təşkilati işlər aparılmışdır. Məktəbimizdə 870 şagird təhsil alır. Bu il onların 62 nəfəri məzun oldu. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Abdulla Qəhrəmanov, Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi Gülnar Əsgərova, məktəb rəhbərliyi, sabiq məzunlar, valideyn və şagirdlər iştirak edirdilər.

“Son Zəng”  tədbiri Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başladı. Məktəbin direktoru Əminə Hüseynova müstəqil həyatın astanasında duran məzunlara ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulayıb, məktəbin pedoqoji kollektivinə uğurlar dilədi.

Tədbirdə 2017-2018 ci tədris ili “ Təhsildə keyfiyyət ili” ilə əlaqədar fərqlənən müəllimlər və şagirdlər təşəkkürnamə, diplom və sertifikatla təltif olundular.

Tədbir məktəblilərin musiqili-bədii çıxışları ilə davam etdi. Müəllimlər, valideynlər, qonaqlar məzunlara ürək sözlərini çatdırıb, onlara müstəqil həyatda uğurlar arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi