İnsan Hüquqları Günü
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il 18 iyun ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bununla əlaqədar olaraq may ayı məktəbimizdə “İnsan Hüquqları aylığı" elan olunmuşdur. Aylıq çərçivəsində insan hüquqlarını, hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini təbliğ edən mövzulara aid maarifləndirici tədbir, dəyirmi masa, açıq dərslər, sinif təşkilat saatları və divar qəzetləri təşkil olunmuşdur. Bununla əlaqədar məktəbin kitabxanasında təşkil olunmuş dəyirmi masada tarix müəllimi Şeyda Hüseynova “ Multikulturalizm və insan hüquqları” mövzusunda çıxış edərək, ölkəmizin tolerantlıq, multikulturalizm, insan həmrəyliyi ideyalarının dünyaya yüksək səviyyədə çatdırılmasından, insan hüquqları və azadlıqları sahəsində əldə edilmiş nailiyyətlərdən danışdı. Dəyirmi masa qarşılıqlı diskusiya şəraitində keçirildi, video çarxlar nümayiş etdirildi.