"Ulu Öndər 95 il"

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar məktəbimizdə bir-sıra tədbirlər keçirilmişdir. Tarix müəllimi Xatirə Şükürova məktəblilər qarşısında “Heydər Əliyev və xarici siyasət” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. 3c sinif rəhbəri  Təranə Nəcəfovanın ,  7b sinif rəhbəri Ofelya Məmmədovanın siniflərində “Heydər Əliyev irsi” mövzusunda tədbirlər keçirilmişdir. Tədbirdə şagirdlər Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub-möhkəmlənməsində, demokratik-hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında,  müstəsna xidmətləri haqqında şeirlər söyləmiş, mahnılar oxumuş, videoçarxlar nümayiş etdirilmişdir. Məktəbin həyətyanı sahəsində şagird və müəllimlər çoxlu sayda şam ağacı və gül kolları əkmişlər.

Dahi rəhbərin əziz xatirəsi xalqımız tərəfindən daim yüksək fəxr hissi ilə, hədsiz məhəbbət və böyük ehtiramla yad edilir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi