"Oxu Günü"
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15251537165ae7ffb4d82449.59481509.jpg)
25 aprel 2018-ci il tarixində məktəbimizdə Kitabxananın iştirakı ilə “Oxu Günü” ilə bağlı tədbir keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd uşaqların kitaba və kitabxanaya olan marağının daha da artırılması idi. Kitabxananın müdiri İsmayılova Ofelya giriş sözü ilə tədbiri açıq elan etdi. Tədbirdə IV-V sinif şagirdlərinin iştirakı ilə Azərbaycan nağıllar silsiləsindən olan “Axmaq Kişi” nağılının müzakirəsi keçirildi. Şagirdlər “Axmaq Kişi” nağılını səhnələşdirdilər və oradakı personajları təhlil etdilər. Tədbirin sonunda müəllim-şagird kollektivi xatirə şəkli çəktirdi.