"Gəlin birlikdə oxuyaq"
20 aprel 2018-ci il tarixində məktəbimizdə “Oxu Günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Məktəbimizin 4a sinif rəhbəri İsayeva Ceyran, 4b sinif rəhbəri Mustafayeva Lalə və 4c sinif rəhbəri Yolçuyeva Zərnişan “Oxu Günü”nə həsr olunmuş tədbir təşkil etmişdirlər. Tədbirdə şagirdlər tərəfindən kitablarla bağlı müdrik kəlamlar söylənildi, Süleyman Sani Axundovun “Qaraca qız” əsəri, Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsərindən “İtə ataram, yada satmaram” məsəli şagirdlər tərəfindən səhnələşdirildi. Göstərilən səhnəciklər hər kəs tərəfindən bəyənildi.