Aprel döyüşləri

APREL DÖYÜŞLƏRİ-2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və ermənistan Silahlı Qüvvələri arasında baş vermiş hərbi münaqişə!

Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun  Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.

Hər il məktəbimizdə Aprel döyüşlərini əks etdirən rəsm sərgisi açılır, siniflərdə müxtəlif tədbirlər keçirilir. Bu il də məktəbimizin 8b və 9b siniflərində Aprel döyüşləri ilə bağlı  tədbirlər keçirilmişdir. Tədbirdə məktəbimizin tarix müəllimləri Hüseynova Şeyda və Şükürova Xatirə  Aprel döyüşləri haqqında şagirdlərə məlumat vermiş, daha sonra isə bu döyüşləri xatırladan videoçarxlar nümayiş olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi