31 Mart-Azərbaycanlıların Soyqırımı Günü
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15224041545abe0b3ad87d93.06208734.jpg)
30 mart 2018-ci il tarixində məktəbimizin tarix müəllimi Hüseynova Şeyda 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı xüsusi dərs keçirmişdir. Dərs Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıldı. Şeyda müəllimənin təqdimatında həmin dövrün unudulmaz hadisələri haqqında şagirdlərə məlumat verildi. Daha sonra bu hadisələri əks etdirən videoçarx nümayiş olundu. Sonda isə soyqırım qurbanları 1 dəqiqəlik sükutla yad edildi.
Biz arzu edirik ki, zəngin tarixə və mədəniyyətə malik olan Vətənimiz bir daha belə hadisələrlə sınağa çəkilməsin!
MÜSTƏQİLLİYİMİZ ƏBƏDİ OLARAQ QALSIN!!!