Şagirdlər olimpiadada
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15180703095a7bea257d1662.22881469.jpg)
İstedadlı şagirdlərin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayan məktəblilərin fənn olimpiadasının şəhər mərhələsində Sabunçu rayonunda fəaliyyət göstərən 46 orta ümumtəhsil məktəbindən 710 nəfər IX-XI sinif şagirdləri və Bakıxanov qəsəbəsində fəaliyyət göstərən Kaspi liseyinin 43 nəfər şagirdinin də iştirak etdiyi olimpiada keçirilmişdir.
Olimpiada 4 fevral 2018-ci il tarixində saat 10:00-da fizika, riyaziyyat, kimya, informatika fənlərindən 3 saat vaxt verilməklə, Azərbaycan-dili və ədəbiyyat, tarix,coğrafiya və biologiya fənlərindən 90 dəqiqə vaxt verilməklə rayonun 96 №li tam orta məktəbində keçirilmişdir.