"Xoş gəlmisən təzə il"

29.12.2017-ci il tarixində məktəbimizin ibtidai siniflərində “Yeni il” şənliyi keçirildi. Şənlik yüksək səviyyədə təşkil olunmuşdur. Şagirdlər yolkanın ətrafında “Şaxta baba” və “Qar qızı” səsləyirdilər.  Onların gəlişi uşaqları çox sevindirdi. Uşaqlar mahnılar oxudular, şeirlər söylədilər, səhnəciklər göstərdilər. Şaxta baba uşaqlara hədiyyələr gətirmişdi. Uşaqların sevincinin həddi-hüdudu yox idi. Yeni il şənliyinin təşkilində 3b sinfinin rəhbəri Məhbubə Kazımova, 3c sinfinin rəhbəri Təranə Nəcəfova, 2c sinfinin rəhbəri Çiçək Daşdəmirova daha çox fərqlənmişdilər. Bu şənlik azyaşlıların yaddaşına xoş bir xatirə kimi həkk olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi