"Gülzar nənə ilə görüş"

18 dekabr 2017-ci il tarixində məktəbimizin 3b sinfi Bakıxanov qəsəbəsində yerləşən “Kitab evi”nin qonağı oldu. Burada şagirdlərin “Gülzar nənə ilə görüşü” keçirildi. Tədbiri giriş sözü ilə Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin direktoru Nəcibə Hüseynova açaraq azyaşlı oxucuların sevimlisinə çevrilmiş “Gülzar nənə” ilə görüşün keçirilməsinin uşaqlarda böyük sevinc doğurduğunu və bu formatda tədbirlərin təşkilinin mütaliəyə marağın artırılmasında böyük rol oynadığını bildirdi. Tədbir zamanı azyaşlı oxucuların iştirakı ilə məşhur uşaq nağılları səhnələşdirildi. Gülzar İbrahimovanın əsərləri əsasında müxtəlif kompozisiyalar nümayiş etdirildi. Uşaqlar Gülzar nənənin ən çox sevilən şeirlərini səsləndirdilər.Məktəbimizin şagirdlərindən Selcan,İbrahim, Ramilə, Aslan, Aminə, Məhəmməd, Aynişan, Fidan, Aynur, Sabir, Yusif, Ayan, Rahib, Sərvinaz və Murad Gülzar İbrahimovanın şeirlərini söylədilər. Kitab evi tərəfindən şagirdlərə hədiyyələr verildi. Sonda 3b sinfinin rəhbəri Məhbubə Kazımova Gülzar İbrahimovaya və “Kitab evi” nin rəhbərliyinə bu görüşü təşkil etdiklərinə görə öz təşəkkürünü bildirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi