"NARKOMANİYAYA- YOX DEYƏK"

10.11.2017-ci il  tarixdə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə məktəbin yuxarı sinif şagirdləri arasında antinarkotik təbliğatının gücləndirilməsi məqsədilə maarifləndirmə tədbirləri keçirilmişdir. Tədbirdə rayon Polis İdarəsinin İc. TŞ-nin rəisi. polis polkovnik-leytenantı Elxan Zamanov, YYCPİTB-in rəisi polis mayoru Əli Babayev  və həmin bölmənin inspektoru,  polis leytenantı Aqil Xudiyev iştirak etmişlər. Tədbir iştirakçıları narkomaniyanın yayılması, fiziki və mənəvi təsirlərin, narkomaniyaya qarşı mübarizənin son durumu ilə bağlı mühazirə ilə çıxış etmişlər. Tədbirdə həmçinin narkomaniya  ilə bağlı təbliğat xarakterli videoçarx  nümayiş olunmuşdur. Tədbirin sonunda məruzəçilər tərəfindən antinorkamaniya ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılmışdır. Bütövlükdə tədbir 96№li tam orta məktəbin həm müəllim, həm də şagird kollektivi tərəfindən qiymətləndirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi