"AĞACƏKMƏYƏ GEDİRİK

Noyabrın 8-də məktəbimizin 3c sinfinin rəhbəri Nəcəfova Təranə Ekologiyayla bağlı olaraq sinif şagirdləri ilə birgə məktəbin həyətində ağac əkilməsi işini təşkil etdi. Uşaqlar bir-neçə növ ağac əkdilər.  Onlar ağacəkmə  prosesini əyani olaraq özləri həyata keçirdilər. Bu işdə şagirdlərdən İbrahimov Araz, Muradzadə Ağakişi, Məmmədzadə Dəniz daha fəal iştirak etdilər. Onlar əkdikləri ağaclara daimi  qulluq etməyi qərara aldılar. Uşaqlar gördükləri işə görə çox sevinirdilər. Onlar yaxşı bilirdilər ki, ağaclar təbiətin ekoloji təmizliyi üçün çox vacibdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi