9 Noyabr- Bayraq günü münasibətilə məktəbimizdə müxtəlif tədbirlər keçirildi. 2a sinfində Bayraq günü münasibətilə şagirdlər bayrağa aid müxtəlif şeir nümunələri ilə çıxış etdilər. Tədbir məktəbin akt zalında davam etdi. Direktor müavini Mahirə Rüstəmova müqəddəs bayrağımız haqqında çıxış etdi. Məktəbimizin azərbaycan-dili və ədəbiyyat müəllimi Aygün Qəhrəmanova və tarix müəllimi Şükürova Xatirə 6-cı sinif şagirdlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya hazırlamışdılar. Şagirdlər Bayraq gününə həsr olunmuş şeirlər və musiqi nömrələri ilə çıxış etdilər. Tədbir iştirakçıları Üzeyir Hacıbəyovun möhtəşəm "Koroğlu" üverturasının sədaları altında müqəddəs bayrağımızı dalğalandırdılar. Tədbir çox təntənəli şəkildə qeyd olundu.