18 Sentyabr"Milli Musiqi Günü"
Bakı şəhəri, İlqar Əliyev adına 96 saylı məktəbin nəznində fəaliyyət göstərən 2 saylı Ağdam musiqi məktəbində 18 sentyabr Milli musiqi günü ilə bağlı Üzeyir Hacıbəyovun yaradıcılığına həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin müəllim-şagird kollektivi iştirak etmişdir. 2 saylı Ağdam musiqi məktəbinin şagirdləri Üzeyir Hacıbəyovun əsərlərini səsləndirdilər. Musiqi məktəbinin şagirdləri Orxan Hüseynli və Türkan Məlikova Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasından bir hissəni səsləndirdilər. Hacızadə Zahid "Arazbari" muğamını ifa etdi. Onları tarda Altay Niftalıyev, Araz Ağaverdiyev müşayiət etdilər.Sonda isə Musiqi məktəbinin rəhbəri, xanəndə Elşad Aydınoğlu öz ifası ilə gələn qonaqların könlünü oxşadı.