15 Sentyabr "Bilik günü"

Sentyabrın 15-də 96№ li tam orta məktəbdə "Bilik günü" qeyd olundu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Məktəbin direktoru Əminə Hüseynova tədbiri açıq elan etdi və tədbir iştirakçılarını "Bilik günü" münasibətilə təbrik etdi. 1-ci sinif şagirdləri şeirlər söylədilər. Valideynlər, məktəbin müəllimləri çıxış edərək "Bilik günü" münasibətilə hamını təbrik etdilər, uğurlar arzuladılar. Nəhayət ilk zəng çalındı. İlk zəngi məktəbimizin 1a sinif şagirdi Nəbili Rüstəm səsləndirdi. Şagirdlər sevinc içində məktəbə daxil oldular. Təmiz, səliqəli sinif otaqları onları gözləyirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi