YURDUMUZUN GÖZƏLLİKLƏRİNƏ SƏYAHƏT
Dərs ilini başa vurmaqda olan məktəblilər ölkəmizin gəzməli, görməli yerlərinə, tarixi abidələrinə, muzeylərə gəzintilər təşkil edirlər. Bakı şəhəri İlqar Əliyev adına 96№li məktəbdə də bu iş çox mütəşəkkil və səmərəli şəkildə həyata keçirilir. Bu günlərdə məktəbin "2a; 2d; 3a; 4b; 4c sinif şagirdləri müəllimləri ilə birgə "Yanardağ" da, "Botanika" bağında, "Xalça" muzeyində, "İçəri Şəhər Dövlət qoruğu"nda ekskursiyalarda olublar. Şagirdlər gəzdikləri, gördükləri məkanlar haqqında ətraflı və maraqlı məlumatlar toplayıblar ki, bu da onların çox marağına səbəb olub. Bu səpgidə olan gəzintilər şagirdlərə vətənləri haqqında daha çox bilgilər əldə etməyə imkan verir, onlara "VƏTƏNPƏRVƏRLİK" ruhu aşılayır.