1 İYUN "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" dür
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/14964302575931b6b1d1e627.82468358.jpg)
1 İYUN--"Uşaqların Beynəlxalq Müdafiəsi Günü"dür. Bu məqsədlə Bakı şəhəri, İlqar Əliyev adına 96№li tam orta məktəbdə bir-sıra tədbirlər keçirildi. "Hüquqlarımızı qoruyaq" mövzusunda keçirilmiş tədbirdə 2d sinif şagirdləri daha fəal iştirak etdilər. Sinif rəhbəri Nəcəfova Təranə şagirdlərə "Beynəlxalq Uşaq hüquqlarının müdafiəsi günü" haqqında məlumat verdi. Sonra şagirdlər bu haqda öz biliklərini həmyaşıdları ilə bölüşdülər. Tədbirin sonunda şagirdlər hədiyyələrlə təltif olundu.