Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndələri ilə görüş
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1495204816591f03d0891253.17805968.jpg)
17 may 2017-ci il tarixində məktəbimizdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndələri ilə müəllim və şagird kollektivinin görüşü keçirildi. Məktəbin direktoru Əminə Hüseynova çıxış edərək qonaqları təqdim etdi. Universitetin nümayəndəsi Ülviyyə xanım çıxış edərək, universitetdəki ixtisaslar barədə geniş məlumat verdi. Daha sonra universitetin Tanıtım çarxı nümayiş olundu. Mexanika və İnformasiya Texnologiyalar fakültəsinin dekan müavini Vəsilə xanım universitetin fəaliyyəti barədə lazım olan informasiyaları verdi. Şagirdlər onları maraqlandıran suallarla qonaqlara müraciət etdilər. Görüş çox maraqlı keçdi.