II-IV sinif şagirdlərinin "Bilik yarışı"
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/14933083155902139b30c1b2.02655008.jpg)
Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin 2016-2017 tədris ili üçün fəaliyyət planına uyğun olaraq Bakı şəhəri, İ.Əliyev adına 96№li tam orta məktəbdə ibtidai siniflərdə şagirdlərin istedad, bacarıq və xüsusi qabiliyyətlərinin üzə çıxarılması məqsədilə ana dili, riyaziyyat və həyat bilgisi fənlərindən məktəbdaxili olimpiada keçirilmişdir.Olimpiadada iştirak etmiş 120 2-4-cü sinif şagirdlərindən 50 nəfəri fərqlənmişdir. Öz istedad və bacarığı ilə həmyaşıdlarından fərqlənmiş 50 nəfər ibtidai sinif şagirdi məktəb rəhbərliyi tərəfindən rəğbətləndirilmişdir.