1 Mart Beynəlxalq Mülki Müdafiə günüdür.
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/148879583558bd38bb9d3af0.55294320.jpg)
1 Mart- Ümumdünya Mülki Müdafiə günüdür. Mülki Müdafiənin əsas vəzifəsi əhalini gözlənilən təhlükə barədə vaxtında xəbərdar etmək, onların müdafiəsini təşkil etməkdir. Əhali fərdi mühafizə vasitələrindən istifadə etməyi bacarmalıdır. Ona görə də məktəbimizdə Mülki Müdafiə dərsləri keçirilmiş, şagirdlər mühafizə vasitələri ilə tanış olmuşdur.Bu məqsədlə məktəbimizdə tədbir keçirildi və Mülki Müdafiə vasitələrindən istifadə etmək üsulları şagirdlərə əyani şəkildə göstərildi. Tədbirdə məktəbin müəllimləri və şagirdləri iştirak etdi.