Novruz çərşənbələri ilə bağlı keçirilmiş iməciliklər
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/148879660058bd3bb8ef01f9.06026762.jpg)
Məktəbimizdə Novruz çərşənbələri ilə bağlı iməciliklər keçirilir.Çərşənbələrin gəlişi münasibətilə sinif otaqlarında, dəhlizlərdə və məktəbin həyətyanı sahəsində təmizlik işləri aparılmışdır. Həyətyanı sahəyə küknar və şam fidanları əkilmişdir.Məktəbin həyətyanı sahəsi köhnə otlaqdan və qurumuş ağac qırıntılarından təmizlənmişdir. Novruz bayramının gəlişi ilə məktəbdə mütəmadi olaraq təmizlik işləri davam etdiriləcəkdir.