Xocalısız 25 il
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/148766555058abf98ea07d91.99824416.jpg)
01.02.2017-ci il tarixindən məktəbimizdə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar sinif saatları və mühazirələr təşkil edilmişdir. "Xocalı faciəsi və faciəyə gedən yol" mövzusunda dəyirmi masalar təşkil edilmiş,VII - XI sinif şagirdləri arasında "Xocalıların kədəri və ümidi" mövzusunda inşa yazı müsabiqəsi, V-XI sinif şagirdləri arasında rəsm müsabiqəsi keçirilmişdir. Siniflərdə divar qəzetləri, foto stendlər və guşələr təşkil edilmişdir. Bakı şəhərİ üzrə Təhsil İdarəsinin təşkil etdiyi "Xocalısız 25 il" mövzusunda keçirilən müsabiqəyə rəsm təqdim olunmuşdur. Məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi və Xocalı faciəsinə aid kitab sərgisi təşkil edilmişdir. Ayrı-ayrı siniflərdə Xocalı faciəsinə həsr olunmuş silsilə dərslər keçirilir. Azərbaycan televiziyasının vətənpərvərlik redaksiyası məktəbdə tədbirlə bağlı çəkilişlər aparmışdır. Mövzu ilə əlaqədar olaraq tədbirlər davam etdirilir.