20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1484822873588099599a2b34.21721221.jpg)
20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün qeyd olunması ilə əlaqədar İ.Əliyev adına 96 № li tam orta məktəbdə müxtəlif tədbirlər keçirilmişdir. Məktəbimizdə sinif saatları, söhbətlər və mühazirələr təşkil olunmuşdur. 19.01.2017-ci il tarixində I dərs saatı 20 Yanvar faciəsinə həsr edilmişdir. "20 Yanvar sınağı: Azərbaycançılıq nümunəsi" mövzusunda dəyirmi masa keçirilmiş, siniflərdə şagirdlərin hazırladıqları səhnəciklər göstərilmiş, faciəni əks etdirən video çarxlar nümayiş olunmuşdur. Məktəbin foyesində "Qanlı şənbə gecəsi rənglərin dilində" adlı rəsm sərgisi təşkil olunmuşdur. Məktəbimizdə "Vətən şəhidləri ilə ucalır" mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir. Sabunçu rayon Gənclər və İdman İdarəsinin 20 Yanvar faciəsinə həsr etdiyi inşa yazı müsabiqəsində 10-cu sinif şagirdi Rəcəbova Nəzrin Ceyhun qızı qalib olmuş və Fəxri Fərmanla təltif edilmişdir.Siniflərdə 20 Yanvar faciəsini əks etdirən divar qəzetləri, foto-stendlər, guşələr hazırlanmışdır. Məktəbin pedaqoji işçiləri və şagirdlərin Şəhidlər Xiyabanına ziyarəti təşkil olunmuşdur. 20 Yanvar faciəsinə həsr olunmuş tədbir internet şəbəkəsində işıqlandırılmışdır.